ABŞ-ın İndiana ştatında təlim üçün gələn üç holland komandosu səhər saatlarında otelin qarşısında güllələnib.

"Unikal" xəbər verir ki, səhər saatlarıında baş verən hücumdan sonra əsgərlər ətrafdakı xəstəxanalara aparılıb.

Hollandiya Müdafiə Nazirliyinin verdiyi açıqlamada əsgərlərdən ikisinin vəziyyətinin ağır olduğu bildirilib. İndiana polisinin hadisə ilə bağlı araşdırmalara başladığı açıqlanıb.

Əsgərlərin kimliyi açıqlanmasa da, ailələrinə məlumat verildiyi açıqlanıb.