Son günlər Bakıda avtomobil sürücülərinin qəribə hadisəsinə biri də əlavə olunub. 

"Unikal" xəbər verir ki, paytaxt küçələrində qeydə alınan hadisədə sürücü avtomobili nasaz vəziyyətdə idarə edib.

Belə ki, naməlum şəxs avtomobili idarə edərkən nəqliyyat vasitəsinin arxa buferi qırıq olub və yerlə sürünüb.

Ətrafda olan digər hərəkət iştirakçıları bununla bağlı ona xəbərdarlıq etsələr də, kimsəyə məhəl qoymayan sürücü bu şəkildə yoluna davam edib.  

Həmin görüntüləri təqdim edirik: