Hindistanın Uttarakhand əyalətində tanker, qoşqusunda 35 nəfərin olduğu traktora çırpılıb. Qəza nəticəsində 6 nəfər həlak olub, 3-ü ağır olmaqla ümumilikdə 24 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, Uttarakhand əyalətinin Bahedi rayonundakı Kiçha-Xatima yolunda tanker, qoşqusunda 35 nəfərin olduğu traktoru arxadan aşırıb. Qəzada 2-si qadın, 3-ü uşaq olmaqla ümumilikdə 6 nəfər həyatını itirib, 3-ü ağır olmaqla 24 nəfər yaralanıb. Qəzadan sonra tanker sürücüsü hadisə yerindən qaçıb.