Dünyanın ən zəngin iş adamlarından biri olan İlon Maskın anası Mey Mask oğlu ilə bağlı təəccüblü açıqlama verib.

"Unikal" xəbər verir ki, 50 ildir modellik edən ulduz İngiltərənin “The Times” qəzetinə verdiyi müsahibədə oğlunun mülkə çox maraq göstərmədiyini, hətta evi belə olmadığını paylaşıb.

Maskın dostlarının evində qaldığını bildirən 74 yaşlı model oğlunu ziyarət etmək üçün Texasa gedəndə qarajda qalmalı olduğunu bildirib. Tesla və Space X-in qurucusu İlon Mask isə açıqlamalarının birində "Raket sahəsinin yaxınlığında lüks bir eviniz ola bilməz" deyə bildirib.