Ukrayna prezidenti Volodimir Zelenski Milli Qvardiya komandanının müavini Yaroslav Spodarı vəzifəsindən azad edib .
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna lideri fərman imzalayıb.
“Spodar Yaroslav Boqdanoviç Ukrayna Milli Qvardiyasının komandirinin müavini vəzifəsindən azad edilsin”, – sənəddə deyilir.
Spodar bu vəzifəni 2014-cü ildən tuturdu, onun işdən çıxarılmasının səbəbləri sərəncamda göstərilmir.
Bundan əvvəl məlum olmuşdu ki, Zelenski ölkənin təhlükəsizlik və müdafiə sektorunun nümayəndələri ilə gizli görüş keçirib, görüşdə cəbhədəki vəziyyət müzakirə olunub.