Ukrayna tamamilə Rusiya qüvvələri tərəfindən ələ keçirilən Donbas şəhərini geri alacaq.
"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, Ukrayna qısa zamanda ruslar tərəfindən işğal edilmiş əzəli torpaqlarını azad edəcək:
"İndi Donbas Rusiyanın hücumları ilə demək olar ki, məhv edilib, viran qalıb. Qürurlu və şanlı Ukraynalı Donetsk rus işğalı tərəfindən alçaldıldı və qarət edildi. Ancaq Ukrayna Donbasa geri qayıdacaq. Həyat qayıdacaq. Donbas xalqının reputasiyası geri qayıdacaq. Təhlükəsiz və xoşbəxt yaşamaq fürsəti geri qayıdacaq”
Keçən ay Ukraynanın bir sıra yüksək rütbəli rəsmiləri ölkə ordusunun Xerson şəhərini geri almaq üçün ölkənin cənubunda əks hücuma keçəcəyini təklif etmişdi.
Qeyd edək ki, Rusiya fevralın 24-də Kiyevin Donetsk və Luqansk vilayətlərinə Ukrayna dövləti tərkibində xüsusi status verilməsini nəzərdə tutan Minsk razılaşmalarını yerinə yetirmədiyini əsas gətirərək Ukraynaya hücum edib.
2022-ci ilin fevralında Kreml qondarma Donbass respublikalarını müstəqil dövlətlər kimi tanıyıb və Ukraynadan özünü rəsmi olaraq heç bir Qərb hərbi blokuna qoşulmayacaq neytral ölkə elan etməsini tələb edib.
Gülayə Mecid