Pakistanda 24 saat ərzində leysan yağışlar nəticəsində daha 28 nəfər ölüb, 48 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Pakistanın Milli Fəlakətlərlə Mübarizə Agentliyi məlumat yayıb.
Bildirilir ki, iyunun 14-dən etibarən İslam Respublikasında davam edən leysan yağışlar nəticəsində həyatını itirənlərin sayı 1 061 nəfərə, yaralıların sayı isə 1 575-ə çatıb.
Təbii fəlakət nəticəsində ümumilikdə 992 min 871 evə ziyan dəyib, 727 min 144 baş heyvan tələf olub.
Ölkədə ümumilikdə təxminən 33 milyon 46 min nəfər leysan yağışlardan zərər çəkib, hazırda 498 min 442 adam yardım düşərgələrində yaşayır.