Şimali Atlantika Alyansı Arktikada mövcudluğunu genişləndirməlidir.
"Unikal" xəbər verir ki, bunu Almaniyanın "Welt am Sonntag" qəzetinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Onun fikrincə, Moskva Arktika ərazilərində sovet dövründən qalma bazaları bərpa edir və burada hipersəs raketləri kimi ən müasir silahlar yerləşdirir.
Bundan başqa, Amerika Birləşmiş Ştatları da regiona maraq göstərir. Avqustun 26-da Dövlət Departamenti Arktika regionuna yönəlmiş xüsusi mandatlara malik yeni səfir vəzifəsinin yaradılması planlarını açıqlayıb. Dövlət Departamentinin bəyanatında deyilir ki, bu, "Amerikanın maraqlarını və Arktikadakı müttəfiqləri və tərəfdaşları ilə əməkdaşlığı" inkişaf etdirmək məqsədi daşıyır. Qərar hələ Senat tərəfindən təsdiqlənməyib.
Arktika Rusiya, ABŞ, Kanada, Danimarka, Finlandiya, İslandiya, Norveç və İsveçin ərazilərini əhatə edir.
Qeyd edəkki, Putin bu yaxınlarda Rusiyanın yeni Dəniz Doktrinasını təsdiqləyib, burada Qara dənizi “milli maraqlar zonası” adlandırıb və onu NATO üçün təhlükə adlandırıb.
Gülayə Mecid