Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nümayəndə heyəti Zaporojye atom elektrik stansiyasına gedib.
"Unikal" xəbər verir ki, bu barədə agentliyin baş direktoru Rafael Qrossi “Twitter” səhifəsində məlumat verib.
"Bu gün gəldi - MAQATE-nin dəstək və yardım missiyası indi ZANP-ə yollanır. Biz Ukrayna və Avropanın ən böyük nüvə obyektinin təhlükəsizliyini təmin etməliyik. Bu həftənin sonunda ZANP-də baş tutacaq bu missiyaya rəhbərlik etməkdən qürur duyuram”, - o yazıb.
“The New York Times” qəzetinin yazdığına görə, MAQATE nümayəndə heyətinə əsasən “neytral ölkələrdən” 13 ekspert daxil olub, ABŞ və Böyük Britaniya nümayəndələri Zaporojye AES-də missiyada olmayacaq.
Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye AES martın 4-dən Rusiya hərbçiləri tərəfindən ələ keçirilib.O vaxtdan işğalçılar stansiyanın ərazisinə hərbi texnika və sursat yerləşdirib, ətraf əraziləri atəşə tutublar.
Gülayə Mecid