Rusiya ordusu heç bir hərbi təhsili və təcrübəsi olmayan Rusiyanın müdafiə naziri Sergey Şoyqunu "ələ salır".
"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, müstəqil Rusiya mediası bu yaxınlarda Rusiyanın Ukraynaya qarşı müharibədə üzləşdiyi problemlərə görə Rusiyanın müdafiə naziri Sergey Şoyqunun hazırda Rusiya rəhbərliyindən uzaqlaşdırıldığını və əməliyyat komandirlərinin birbaşa prezident Putini danışıqların gedişi barədə məlumatlandırdığını bildirib.
"Şoyqu uzun müddətdir ki, ciddi hərbi təcrübəsi olmayan bir şəxs kimi reputasiyasından qurtulmağa çalışıb, çünki o, karyerasının böyük hissəsini tikinti sektorunda və Fövqəladə Hallar Nazirliyində keçirib", - Britaniya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Gülayə Mecid