Xarici KİV-lərin reyestrinə daxil edilmiş siyasətçi Leonid Qozman SSRİ-ni faşist Almaniyası ilə eyniləşdirməyə görə saxlanılıb, onu 15 sutka həbs gözləyir.
"Unikal" xəbər verir ki, bu barədə bazar ertəsi TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
“Siyasətçi Leonid Qozman saxlanılıb, o, İnzibati Xətalar Məcəlləsinin 13.48-ci “SSRİ-nin faşist Almaniyası ilə açıq eyniləşdirilməsi” maddəsi ilə inzibati xəta üzrə ittiham olunur”, - agentliyin həmsöhbəti bildirib.
Siyasətçi 15 günə qədər inzibati həbslə üzləşə bilər. Qozmanın inzibati məsuliyyətə cəlb edilməsinə əsas sosial şəbəkələrdəki bir neçə yazı olub.
Mayın əvvəlində Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Qozmanı və bir sıra digər şəxsləri xarici media agentlərinin reyestrinə daxil edib.