Son 50 ildə aclıq, qidalanma və sağlamlıqla bağlı ilk konfrans ABŞ-da keçiriləcək.
"Unikal" xəbər verir ki, Ağ Evin dərc olunmuş bəyanatında belə deyilir.
“ABŞ prezidenti Co Bayden və Vitse-prezident Kamala Harrisin administrasiyası 28 sentyabr 2022-ci il tarixində Vaşinqtonda Ağ Evdə Aclıq, Qidalanma və Sağlamlıq Konfransına ev sahibliyi edəcək”, - deyə məlumatda bildirilir.
Sənəddə deyilir ki, konfrans “2030-cu ilə qədər aclığa son qoymaq və pəhrizlə bağlı xəstəlikləri, eyni zamanda bərabərsizliyi azaltmaq” məqsədi daşıyır. Bəyanatda vurğulanır ki, bərabərsizliklə yanaşı, milyonlarla amerikalının sağlamlığına mənfi təsir göstərən amil sağlam və ucuz qidaların əlçatmazlığıdır.
Konfransda ABŞ hökumətinin üzvləri, alimlər və fəallar iştirak edəcəklər.
Həmçinin sentyabrın 28-də Ağ Ev ölkədə aclığın aradan qaldırılmasına yönəlmiş hökumətin hərəkətlərini müəyyən edən milli strategiyanı elan etməyi planlaşdırır.