"Çikatilo" serialının prodüseri Dmitri Bolşakov polisə rüşvət verdiyinə görə həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Bolşakov 5,5 il müddətinə azadlıqdan məhrum edilib. Onun epizodun çəkilişi üçün polisə 400 min pul ödədiyi müəyyən edilib. Ödənilən məbləğin müqabilində polis Moskvanın mərkəzindəki küçəni bağlamalı idi.
Sarik Andreasyanın serialı çəkdiyi yerin FSO-nun nəzarətində olduğu məlum olub. Şöbənin əməkdaşları öz ərazilərində çəkiliş qrupunu görəndə çəkiliş aparmaq üçün icazə tələb ediblər.
Yoxlamadan sonra Dmitri və polislər həbs edilib. Məhkəmə hüquq-mühafizə orqanlarının əməkdaşlarına daha ağır cəza – 7,5 və 8,5 il həbs cəzası verib.