Yunanıstanda ağcaqanadlar vasitəsilə yayılan Qərbi Nil virusu səbəbindən çoxlu insan həyatını itirib.

"Unikal" xəbər verir ki, bu barədə  Yunanıstanın Milli İctimai Səhiyyə Təşkilatı (EODY) açıqlama verib.

Bildirilir ki, Qərbi Nil virusu səbəbiylə 11 nəfərin ölüb, 123 nəfər isə virusa yoluxub.

Açıqlamada, hadisələrin 74-də mərkəzi sinir sistemini təsir edən simptomların olduğu, 49-da isə ya yüngül simptomların olduğu, ya da heç bir əlamətin olmadığı bildirilib.

Yunanıstanda ötən həftə 36 yeni yoluxma hadisəsinin qeydə alındığı, halların ümumiyyətlə Saloniki, İmathia, Kilkis, Pella, Pieria, Halkidiki, Serez, Tırhala və Larissa bölgələrində aşkar edildiyi ifadə edilib.