İsveç hakimiyyəti Ukraynaya yeddinci hərbi yardım paketini təqdim edib.
"Unikal" xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Ann Linde "Twitter" hesabında məlumat verib.
"Hökumət Ukrayna Müdafiə Nazirliyi üçün 500 milyon İsveç kronu ( təqribən 46 milyon 836 min ABŞ dolları) məbləğində artilleriya sursatları olan yeddinci hərbi paketi təqdim edir. Bu, sonuncu paket deyil. İsveç Təchizat İdarəsi və Silahlı Qüvvələrı İsveç tədarükünün mümkünlüyünü müəyyən edəcək. İsveç Ukraynanın tərəfindədir", - Linde vurğulayıb.
Həmçinin, İsveçin müdafiə naziri Ukraynanın ehtiyacları üçün silah istehsalının mümkünlüyünü də qeyd edib.
Ağarza Elçinoğlu