"Yenə deyirəm, məğlubiyyətin səbəbkarı və simvolu olan varlığın danışıqları davam etdirməyə haqqı yoxdur. Axşam növbəti məğlubiyyət mesajını gözləyək".
"Unikal" xəbər verir ki, bunu Ermənistan Respublika partiyasının (lider eks-prezident Serj Sərkisyan - red.) sədr müavini, keçmiş təhsil naziri Armen Aşotyan deyib.
O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanın bügünkü görüşü zamanı çəkilən fotoya istinad edərək deyib: "Brüsseldə başlayan üçtərəfli görüşün açılışı zamanı çəkilən fotoseriya bir daha xəbər verir. Burada yenə fotolardan hər şey aydın görünür. Bədən dili sadəcə bu barədə qışqırır".
Ağarza Elçinoğlu