Fransa prezidenti Emmanuel Makron iranlı həmkarı İbrahim Rəisidən Rusiya ilə Ukrayna arasında danışıqlarda vasitəçilik etməsini istəyib.

"Unikal" İSNA-ya istinadən xəbər verir ki, Fransa liderinin bu məxfi tələbi barədə İran Prezident Administrasiyası rəhbərinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi məlumat verib.

Onun sözlərinə görə, bir sıra məsləhətləşmələrdən sonra İran prezidentinin sülh təşəbbüslərini çatdırmaq üçün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın başçılıq etdiyi nümayəndə heyəti Moskvaya göndərilib.