Türkiyənin səhiyyə naziri Fahrettin Koca koronavirusa yoluxub.
"Unikal" xəbər verir ki, nazir bu barədə Twitter hesabındakı paylaşımında bildirib.
Nazir Kocanın açıqlaması belədir:
"Beş gün əvvəl Covid-19 testim müsbət çıxdı. Epidemiya ilə mübarizə qədər vacib hesab etdiyim Səhiyyədə Ağ İslahat işini onlayn görüşlərlə davam etdirirəm. Tezliklə dostlarım arasında olacam".