Argentinanın Tucuman əyalətində naməlum virus səbəbiylə bir nəfər ölüb, daha dörd nəfər xəstəxanaya aparılıb.
"Unikal" xəbər verir ki, bu barədə regionun Səhiyyə Nazirliyi məlumat yayıb.
Xəstəxanaya yerləşdirilənlərin vəziyyəti ağır qiymətləndirilir. Daha bir xəstə də evdə təcrid olunub. Bütün xəstələrdə ikitərəfli pnevmoniya var. Tədqiqatlar koronavirus, A və B qripi, hantavirus və bir sıra digər infeksiyalara yoluxmağı istisna edib.
Səhiyyə naziri Luis Medina Ruiz , "Bunlar mexaniki ventilyasiya alan tənəffüs xəstəlikləri olan xəstələrdir, səbəbi müəyyən edilməyib və tədqiq olunur" dedi.
İndi səlahiyyətlilər virusun mənşəyini müəyyənləşdirir və su obyektlərini və havanın vəziyyətini yoxlayır. Laboratoriya xəstələrin testlərini nəzərdən keçirəcək və nəticələri həftə sonuna qədər elan edəcək.