Türkiyənin Van vilayətində Ertoşi Kabiləsinin Fəxri Rəhbəri İsgəndər Ertuşun nəvəsi, iş adamı Tələt Ertuşun oğlu Çətin Ertuş möhtəşəm toy edib.
"Unikal" xəbər verir ki, iş adamı Tələt Ertuşun oğlu, Ertoşi Tayfasının Şərəf Rəhbəri İsgəndər Ertuşun nəvəsi Politoloq Çətin Ertuş iş adamı Muğdat Canerin qızı Kader Canerlə ailə həyatı qurub.
500-ə yaxın xırdabuynuzlu heyvanın kəsildiyi toyda bəyə 4 milyon 250 min TL və 2 min açılmamış zərf verilib, gəlinə isə 5 kilo qızıl bağlanıb.
7 min nəfərin qatıldığı toyda tayfa başçıları, fikir liderləri, iş adamları, QHT nümayəndələri və vətəndaşlar iştirak edib. Canlı musiqi ilə rəqslərin ifa olunduğu toy mərasimi gecə saatlarına qədər davam edib.