Ruslar MAQATE missiyasının Zaporojya AES-ə gələn marşrutunu artilleriyadan atəşə tutub.
"Unikal" xəbər verir ki, bu barədə Zaporojya OVA-nın rəhbəri Aleksandr Starux məlumat verib.
"Ruslar MAQATE missiyasının Zaporojjyadan ZNPP-ə qədər əvvəlcədən razılaşdırılmış marşrutunu atəşə tutur. BMT-nin qabaqcıl qrupu təhlükəsizlik səbəbilə hərəkəti davam etdirə bilməz", - mesajda deyilir.
Starux qeyd edib ki, Ukrayna MAQATE-nin beynəlxalq missiyasının ZNPP-yə təhlükəsiz girişinin təşkili üçün səylərini davam etdirir:
"Biz Rusiya Federasiyasından təxribatları dayandırmağı və MAQATE-yə Ukraynanın nüvə obyektinə maneəsiz giriş icazəsi verməsini tələb edirik".
Bildirək ki, avqustun 31-də Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) missiyası işğal olunmuş Enerqodardakı Zaporojjya AES-ə baş çəkmək üçün Zaporojyaya gəlib.
Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojjya AES martın 4-dən Rusiya hərbçiləri tərəfindən ələ keçirilib, o vaxtdan işğalçılar stansiyanın yerinə hərbi texnika və sursat yerləşdirərək ətraf əraziləri atəşə tutublar.