Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dnestryanıdakı rus sülhməramlılarının təhlükəsizliyini təhdid edən hər hansı hərəkətin Rusiyaya hücum kimi qiymətləndiriləcəyini bildirib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN rəhbəri MDBMİ-nin tələbələri və professor-müəllim heyəti ilə görüşündə bildirib.
"Hər kəs başa düşməlidir ki, Dnestryanı bölgədəki hərbi qulluqçularımızın təhlükəsizliyinə təhlükə yaradan hər hansı bir hərəkət beynəlxalq hüquqa uyğun olaraq, Cənubi Osetiyada sülhməramlılarımızın hücuma məruz qaldığı kimi, Rusiyaya hücum kimi qiymətləndiriləcək", - Lavrov qeyd edib.
Ağarza Elçinoğlu