Qırğızıstanın keçmiş prezidenti Roza Otunbayeva BMT Baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi və BMT-nin Əfqanıstana yardım missiyasının rəhbəri təyin edilib.
"Unikal" xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Bildirək ki, 72 yaşlı R.Otunbayeva BMT-nin xüsusi nümayəndəsi vəzifəsində kanadalı Debora Layonsu əvəzləyib.