Ağdaşda yük maşını minik avtomobili ilə toqquşub, ölən var.

"Unikal'ın məlumatına görə, hadisə  Aşağı Zeynəddin kəndi yaxınlığında baş verib. "Volvo" markalı yük maşınının "Mercedes" markalı minik avtomobili ilə toqquşması zamanı maşında sıxılmış vəziyyətdə qalan kişi ölüb, bir nəfər yaralı isə xəstəxanaya çatdırılıb.

DİN Mətbuat Xidməti Şəki Regional Qrupundan "Unikal"a bildirilib ki, mayın 16-da saat 21 radələrində Ağdaş rayonu ərazisində 32 yaşlı Məhəmməd Atəddinovun idarə etdiyi “Mercedes” markalı avtomobil əvvəlcə at arabasına dəyib, daha sonra isə yük avtomobili ilə toqquşub. Nəticədə M.Atəddinov hadisə yerində ölüb, sərnişinləri 1972-ci il təvəllüdlü Əflatun Şirinov, 1966-cı il təvəllüdlü Şöhrət Şirinov, 1989-cu il təvəllüdlü Elvin Şirinov, 2009-cu il təvəllüdlü Ömər Musayev və at arabasında olan 1971-ci il təvəllüdlü Məqsəd Həmidov xəsarət alıb. 

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Ehtiram Muradov