Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qıraqkəsəmən kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki minik maşını toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov