Balakəndə bir gecədə iki mağazadan oğurluq edilib. Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkənlər onlara məxsus obyektlərdən ümumilikdə 1 100 manat pulun, eləcə də danışıq kartlarının və mobil telefonun oğurlandığını bildiriblər.
DİN-in Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, “İsti izlər”lə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları etməkdə şübhəli bilinən rayon sakini İzzət Məsiyev saxlanılıb. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayətləri etiraf edib və oğurladıqları onun yaşadığı evdən maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.
Qeyd edilən faktlarla bağlı cinayət işi başlanılıb,istintaq-əməliyyat tədbirləri davam etdirilir.