Sabirabad Rayon Polis Şöbəsinə Qarağac kənd sakini olan bir qadının və övladlarının öldürüləcəkləri ilə hədələnmələri barədə müraciət daxil olub.
DİN-in Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, polis əməkdaşları əməli törətməkdə şübhəli bilinən qadının qaynı R.Süleymanovu müəyyən edərək saxlayıb.
Ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.