Bakıda keçirilən “ADEX” sərgisində Azərbaycanda hazırlanmış mina aşkarlayan robot nümayiş olunur.

"Unikal" xəbər verir ki, robot piyada və tank əleyhinə minaların zərərsizləşdirilməsi üçün nəzərdə tutulub. Bundan başqa yaralıların təxliyəsi və 500 kq-ya yaxın yükün daşınması üçün də istifadə oluna bilər.

Robot Cəbrayıl və Füzuli ərazisində sınaqdan keçirilib.

Anar Kəlbiyev