Bolunun Kartalkaya xizək kurortunda yerləşən "Grand Kartal" hotelində 78 nəfərin ölümü ilə nəticələnən yanğının ilk anlarının görüntüləri ortaya çıxıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə anbaan təhlükəsizlik kameralarına əks olunub.
Təqdim edilən videoda “Grill plate" cihazının alovlandığı və tüstünün sürətlə restoranı bürüdüyü görünüb. Alov sürətlə mətbəxə yayılıb, bu zaman işçilər qorxu içində hadisə yerini tərk edib.
Xatırladaq ki, sözügedən hadisə yanvarın 21-də olub. Yanğından sonra başlanan istintaq çərçivəsində 41 şübhəli saxlanılıb. 28 şübhəli həbs edilsə də, onlardan 9-u sonradan sərbəst buraxılıb.
Gülayə Mecid