Bakıda keçirilən “ADEX” sərgisində Azərbaycan istehsalı olan yeni dronlar nümayiş olunur.

"Unikal" xəbər verir ki, bu dronlar Vətən müharibəsindən sonra istehsal edilib. 

“Qırğı” kamikadze dronu həm kəşfiyyat, həm də zərbə endirmək qabiliyyətinə malikdir. Kamikadze dronları sırasında "Quzğun" da yer alır. 

Bundan başqa sərgidə “Qartal” və “Şahin” bombaatan dronları da nümayiş etdirilir. “Qartal” 81 mm-lik, “Şahin” isə 60 mm-lik minaatan sursatı daşıyır və həmin sursatları hədəfə ata bilir. 

Anar Kəlbiyev