Laçından olan şəhid İsgəndərov Qorxmaz İsgəndər oğlu ilə vida mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, laçınlıların kompakt məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində təşkil olunan mərasimdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, Milli Məclisin deputatı Mahir Abbaszadə, hüquq mühafizə orqanlarının nümayəndələri və rayon ictimaiyyəti iştirak edib.
Daha sonra şəhid Qorxmaz İsgəndərov həmin ərazidə salınmış məzarlıqda dəfn olunub.
Qeyd edək ki, Qorxmaz İsgəndərov Laçın rayon Sadınlı kənd sakinidir. O, dövlət sərhədinin Kəlbəcər rayon ərazisində Ermənistan ordusunun törətdiyi təxribatın qarşısını alarkən şəhid olub.