Ağstafada gənc qadın faciəvi şəkildə ölüb.
"Unikal"ın məlumatına görə, rayonun Qırılı kənd sakini 2003-cü il təvəllüdlü Ş.İsmayılova yaşadığı evin pəncərəsini təmizləyən zaman ehtiyyatsızlıqdan yıxılaraq dünyasını dəyişib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Xatırladaq ki, İsmayılovlar ailəsinin azyaşlı övladı ötən ay qəfil dünyasını dəyişib. Belə ki, kənd sakini 2024-cü il təvəllüdlü N.İsamayılova valideynləri tərəfindən ağır vəziyyətdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı azyaşlının öldüyü məlum olub.
Qeyd edək ki, ötən ilin avqust ayında İsmayılov ailəsinin digər övladı 2022-ci il təvəllüdlü G.İsmayılzadə qıcolma diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin müayinəsi zamanı G. İsmayılzadənin öldüyü məlum olub.
Xatırladaq ki, bu ailə baba və nənənin faciəvi ölümü ilə də diqqət çəkib. 2024-cü il sentyabrın 8-də Qırılı kənd sakini, 1965-ci il təvəllüdlü Füzuli İsmayılov nərdivanı hasara söykəyərək üzüm yığan zaman hasar aşıb, nəticədə Füzuli İsmayılov və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşların altında qalaraq ölüblər.
Tural Əhmədov