"ABŞ-ın Rusiyadakı səfiri ilk dəfə qadın olacaq və o, gələn həftə vəzifəsinin icrasına başlayacaq".
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland deyib.
"Bu şəxs Rusiyada uzun müddət təhsil alıb. Ümid edirik ki, onun köməyi ilə biz Rusiya ilə münasibətləri yaxşılaşdıra biləcəyik", - Nuland qeyd edib.
Qeyd edək ki, hazırda Birləşmiş Ştatların Rusiyadakı diplomatik missiyasının rəhbəri vəzifəsi boşdur. 62 yaşlı səfir Con Sallivan sentyabrın 4-də Moskvanı tərk edib.