Dövlətimiz Krımı da daxil olmaqla bütün torpaqlarını geri alanda dinc yaşaya biləcək.
"Unikal" xəbər verir ki, bunu “Reuters”ə müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib.
"Ukrayna bütün torpaqlarını geri aldıqdan sonra dinc yaşayışı təmin edəcək və bu, mütləq həqiqətdir", - o bildirib.
Ukraynanın Krımı qaytarmaq niyyəti ilə bağlı sualları cavablandıran Zelenski bu ərazilərin Rusiya Federasiyasının tərkibindən azad edilməsinin vacibliyini vurğulayıb:
“...Ola bilər ki, Krım diplomatik yolla qaytarılsın. Bu məsələni hansı insanlar müzakirə edəcək, nə vaxt olacaq - mən indidən deyə bilmərəm. Amma buna baxmayaraq, bu mənim fikrimdir".