Tanınmış jurnalist Dmitri Kiselyovun villasının yanında yanğın törədilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yanğın nəticəsində Kiselyovun “Land Rover” və qolfkarı (qolf maşını) yanıb.
Bildirilib ki, maşınlar jurnalistin şərab zavodunun balansında olub. Koktebelin Ayvazovski küçəsində baş verən yanğın hadisəsi müşahidə kameralarına düşüb. Videodan aydın olur ki, yanğın qəsdən törədilib.
Qeyd edək ki, Kiselyov Ukraynada Rusiyanın hərbi əməliyyatının əsas təbliğatçılarından biridir.