NATO və müttəfiqləri lazım olduğu müddətdə Ukraynaya hərbi yardım göstərəcək.
"Unikal" xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer Tallinndə müttəfiq ölkələrin müdafiə və qərargah rəislərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
“Qərargah rəisləri həmçinin alyansın Ukraynaya dəstəyini necə davam etdirəcəklərini və artıracaqlarını müzakirə ediblər. Müttəfiqlərin və digər dövlətlərin Ukraynaya verdiyi sursat, avadanlıq və təlim döyüş meydanında böyük fərq yaradır. Ukraynanın həm yerdə, həm də onlayn uğurlarını nəzərə alsaq, Ukraynanın müasir müharibəni əsaslı şəkildə dəyişdiyini söyləmək olar. NATO lazım olduğu qədər Ukraynanı dəstəkləyəcək. Qarşıdan qış gəlir, amma dəstəyimiz möhkəm qalacaq”, - deyə admiral bildirib.