Sentyabrın əvvəlində Çinin Hebey vilayətində dəmir filizi şaxtasını su basması nəticəsində 14 nəfər həlak olub, biri isə itkin düşüb.
"Unikal" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi yerli hakimiyyətə istinadən bildirib.
Məlumata əsasən, hadisə sentyabrın 2-də Tanşan şəhər dairəsinin "Taoşuyuy" mədənində baş verib. Hadisə ilə bağlı araşdırma davam edir