İran prezidenti İbrahim Rəisi sabah Nyu-Yorka səfər edəcək.
"Unikal" xəbər verir ki, İran prezidenti Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək məqsədilə 19 sentyabrda Nyu-Yorka yola düşəcək.
ABŞ-ın CBS telekanalı İran prezidenti İbrahim Rəisi və ABŞ prezidenti Co Baydenin müsahibəsini bu axşam yayımlayacağını açıqlayıb.
Kanal bu müsahibələri bir-birinin ardınca yayımlanacaq və ilk olaraq İran prezidentinin müsahibəsi yayımlanacaq.