"Seltik" azarkeşləri Şotlandiya çempionatında "Sent Mirren"lə oyun zamanı təhqiramiz şüarlar səsləndiriblər.
"Unikal" xəbər verir ki, Böyük Britaniyanın mərhum kraliçasının xatirəsinə Şotlandiya çempionatının “Sent Mirren” – “Seltik” matçından əvvəl bir dəqiqəlik alqış sədaları səsləndirilib.
Bu zaman “Seltik” azarkeşləri “Əgər kral ailəsinə nifrət edirsinizsə, əl çalın” şüarları eşidilib. Bu an hər iki komandanın futbolçuları və məşqçiləri kraliçanın şərəfinə alqışlar səsləndiriblər. Həmçinin Qlazqodan olan komandanın azarkeşləri öz podiumlarında eyni ifadədən ibarət pankart yerləşdiriblər.
Nəticədə 2:0 hesablı qələbə "Sent-Mirren"in futbolçularında qalıb.
Xatırladaq ki, sentyabrın 14-də Çempionlar Liqasının “Şaxtyor Donetsk”lə oyununda “Seltik” azarkeşləri II Yelizavetaya qarşı da təhqiredici pankart yerləşdirmişdilər. Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Şotlandiya komandasına qarşı iş qaldırıb.
"Seltik" - "Şaxtyor" oyunu heç-heçə başa çatıb .
Beləliklə, "Şaxtyor" iki oyundan sonra dörd xalla F qrupunun turnir cədvəlinə başçılıq edir. "Seltik" iki oyundan sonra bir xalla üçüncü pillədə qərarlaşıb.