Ağdaşda tövlə yanıb. 

"Unikal" xəbər verir ki, yanğın axşam saatlarında Ağdaş rayon Yuxarı Ləki kəndində, kənd sakini 1990-cı il təvəllüdlü Hüseynov Aqşin Arzu oğluna məxsus mal tövləsində baş verib. Yanğın yerinə Ağdaş rayon yanğınsöndürənləri cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 150 k/m olan tövlənin 60 k/ m sahəsi və tövlədə olan 150 ədəd toyuq-cücə yanaraq tələf olub.

Seymur Əli