Moldovanın paytaxtı Kişinyov şəhərində hökumət əleyhinə genişmiqyaslı mitinq keçirilib.
"Unikal" xəbər verir ki, azı 5 min sakin hökumətin və qərbyönlü prezident Maya Sandunun istefasını tələb edib.
Aksiya iştirakçıları yüksək inflyasiya və enerji qiymətlərinin artmasına etirazlarını bildiriblər.
Qeyd edək ki, Moldova keçən il bağlanmış müqavilə əsasında Rusiyanın “Qazprom” şirkətindən qaz alır. Qiymət aylıq dəyişir və mövsümdən asılı olaraq qaz və neftin spot qiymətindən hesablanır. Spot qiymətlər bu il kəskin artıb.
3,5 milyon əhalisi olan postsovet məkanının ən kiçik dövləti Moldova enerji qiymətlərinin avqustda 50%, sentyabrda 29% bahalaşması səbəbindən ciddi iqtisadi çətinliklərlə üzləşib.