Ermənistan və Rusiya arasında 2022-2027-ci illər üzrə regionlararası əməkdaşlıq planı imzalanıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İnkişafı və İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Sənədin imzalanması İrəvanda keçirilən IX Rusiya-Ermənistan Regionlararası Forumu zamanı baş tutub. Dəyirmi masa formatında keçirilən plenar iclasdan sonra “Ermənistan və Rusiya arasında rəqəmsal formatda əməkdaşlıq”, "Müasir şəraitdə logistika, maliyyə və investisiya", “Turizm potensialının inkişafı”, “Ermənistan regionları ilə Rusiya Federasiyasının regionları arasında humanitar inkişaf” mövzuları ətrafında müzakirələr aparılıb.