Məşhur türk teleaparıcı Acun Ilıcalı bu gün dəhşətli avtomobil qəzası keçirib.
"Unikal" xəbər verir ki, onun maşını qarşıdan gələn avtomobillə toqquşub.
Xəstəxanada aparılan ilk yoxlamalarda qolunun sınığı aşkarlanan Ilıcalının səhhətinin yaxşı olduğu məlum olub.
Bundan öncə də Acun Ilıcalı istifadə etdiyi avtomobilin arxa təkərinin partlaması nəticəsində baryerlərə dəyib. Hava yastıqlarının açılması ilə Ilıcalı xəsarət almadan xilas olub. Acun Ilıcalı yol qəzasında valideynlərini itirib, qızının bədənində 18 sınıq olub. Bu qəzadan sonra güclü sarsıntı keçirərək il evdən çıxmayan Ilıcalı daha sonra həyat yoldaşından boşanıb.