Məhkəmə Moldovanın sabiq prezidenti İqor Dodonun ev dustaqlığının müddətini 11 oktyabradək uzadıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, müvafiq qərardadı hakim Roman Mazures elan edib.
Dodon artıq 108 gündür ev dustaqlığındadır. O, korrupsiya və vətənə xəyanətdə ittiham olunur.