ABŞ administrasiyasının nümayəndələri senatorlar üçün Ukrayna ilə bağlı qapalı brifinq keçirəcək.
"Unikal" xəbər verir ki, bu barədə CNN ABŞ Konqresindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, brifinqdə müharibə zonasında vəziyyətin inkişafı və Ukraynaya hərbi yardımın ayrılması müzakirə olunacaq.
Bundan əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin ABŞ prezidenti Co Baydenin Kiyevə 675 milyon dollarlıq yeni hərbi yardım paketinin ayrılmasını təsdiqlədiyini bildirib.