İran polisi Divander şəhərində nümayişçilərə atəş açıb.
"Unikal" xəbər verir ki, aksiya 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməldaşları tərəfindən öldürülməsinə etiraz olaraq keçirilib.
Daha əvvəl xəbər verildiyi kimi, qız şəriət qaydalarına uyğun gəlməyən görünüşünə görə döyülüb.
O, şəriət normalarına riayət olunmasına nəzarət edən “İrşad” polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Qızı səhv hicab geyinməkdə ittiham ediblər.
دانشجویان دانشگاه بهشتی تهران در تجمع خود برای اعتراض به کشته شدن مهسا امینی شعارهایی از جمله «این همه سال جنایت مرگ بر این ولایت»، «۱۵۰۰ نفر کشته آبان ما» و «میکشم میکشم هر آنکه خواهرم کشت» سردادند pic.twitter.com/zhq2Utg6O3
— ايران اينترنشنال (@IranIntl) September 19, 2022