Rusiya prezidenti Vladimir Putin Ukrayna böhranını tez bir zamanda sona çatdırmağa çalışır. Onun fikrincə, Kiyev də Moskva ilə eyni anlayışa malik olmalıdır.
"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PBS telekanalına müsahibəsində deyib.
"Mən başa düşdüm ki, onlar həqiqətən bu işi tez bir zamanda bitirmək istəyirlər. Bu müharibənin təhlükələri böyükdür. Dostlarımız və texniki işçilərimiz kənd təsərrüfatı məhsulları (Rusiya məhsullarının bazarlarına çıxış) məsələsini ətraflı müzakirə edirlər. Bunlar, əlbəttə ki, yaxşı hadisələrdir, lakin Ukrayna Rusiya ilə eyni anlayışa malik olmalıdır və biz o müharibəni dayandırmaqda qətiyyətli olmalıyıq”,- Ərdoğan deyib.
Gülayə Mecid