Amerika Birləşmiş Ştatlarının Konqresində ermənilərin Qarabağda yaratdığı qondarma "respublika" ilə bağlı tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə qondarma rejimin "xarici işlər naziri" Davit Babayan və Konqresin Ermənilərlə İş üzrə Komitəsinin üzvləri iştirak ediblər.
Konqresmen Cudi Çu çıxışında qeyd edib ki, Azərbaycan onun ölkəyə girişinə qadağa qoyub.
Onu da deyək ki, Cudi Çu qərəzli və erməniyönümlü çıxışları ilə xatırlanan konqres üzvlərindən biridir.
Ağarza Elçinoğlu