Sloveniyanın baş naziri Robert Qolob və Almaniya kansleri Olaf Şolts Ukraynaya 28 M-55S tankının verilməsi barədə razılığa gəliblər, bunun müqabilində Sloveniya 40 ədəd alman hərbi texnikası alacaq.
"Unikal" xəbər verir ki, bu barədə Sloveniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, söhbət zamanı iki dövlətin hökumət başçıları, xüsusən də Rusiyanın Ukraynaya təcavüzü məsələsini müzakirə ediblər.
"Ukrayna xalqı ilə həmrəylik ruhunda baş nazir Qolob və kansler Şolts Ukrayna tərəfinin 28 Sloveniya M-55S tankı alması üçün birgə hərəkətlər barədə razılığa gəliblər. Bunun müqabilində Sloveniya Almaniyanın 40 hərbi nəqliyyat vasitəsi, o cümlədən 35 8x8 ağır qarmaqlı yükləyici və 5 8x8 ağır su maşını alacaq”, - deyə məlumatda bildirilir.
Gülayə Mecid