Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda görüşdüyü iki ABŞ senatorunun Ankaraya F-16 qırıcılarının satışına müsbət rəy verdiyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə o, "Reuters" agentliyinə müsahibəsində bildirib.
“Onlar müsbət danışırlar", - Ərdoğan BMT-nin baş katibi Antonio Quterreşlə görüşündən əvvəl deyib. Məlumata görə, Ərdoğan Nyu-Yorkda ABŞ senatorları Lindsey Qraham və Kris Kuns ilə görüşüb. ABŞ prezidenti Co Baydenlə görüşüb-görüşməyəcəyi ilə bağlı sualı cavablandıran Türkiyə lideri Baydenin ev sahibliyi edəcəyi ziyafətə qatılacağını söyləyib.
Qeyd edək ki, Türkiyə ABŞ-dan 40 ədəd F-16 qırıcısı və mövcud döyüş təyyarələri üçün 80-ə yaxın modernləşdirmə dəsti almaq istəyir.